Yol polisi gücləndirilmiş iş rejiminə keçdi

  • By admin
  • 14 Sentyabr 2016 13:28
dyp-yeni
Yeni dərs ilinin başlanması ilə bağlı yol polisi artıq gücləndirilmiş iş rejiminə keçib.
Bunun Gununsesi.info-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik  Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, yeni dərs ilinin başlanması və Qurban bayramının bitməsi ilə əlaqədar olaraq  paytaxta girişdə, həmçinin  küçələrində  hərəkətin intensivliyinin artması müşahidə olunur. “Yol polisi də artıq bu gündən etibarən paytaxta girəcəkdə, xüsusən də Bakının şimal girəcəyində, küçələrdə hərəkətin intensivliyini nəzərə alaraq proflaktik tədbilər çərçivəsində  süni tıxacların qarşısını almaq və hərəkətin  axarlılığını təmin etmək, həmçinin yol-nəqliyyat hadisələrinin qarşısını almaq məqsədi ilə yollarda  gücləndirilmiş iş rejiminə çalışır. Ümumiyyətlə ölkədə bayaram günlərinin. Dövlət əhəmiyyətli tədbirlər  keçirilib-keçirilməməsindən asılı olamayaraq  təhlükəsizliyin, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, asayişin sabitliyinin təmin edilməsi polisin ən ümdə vəzifəsidir. Ancaq Yeni dərs ilinin başlanmasınə ilə əlaqədar olaraq paytaxta axının gücləndiyini, eyni zamanda   təhsil ocaqlarında bir sıra tədbirlərin keçirilməsinin və açılış mərasimlərinin keçirilməsini nəzərər alaraq  gücləndirilmiş iş rejimində çalışacağıq. Yol polisi və polis  Yeni dərs ili ilə bağlı  asayişin, təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin, süni tıxaclarn qarşısını almaq məqsədi ilə polis daha ciddi iş rejimində çalışaraq vətəndaşların rahatllığını təmin etməyə çalışacaq və istənilən xoşagəlməz halların qarşısını vaxtında almaq istiqamətində səylərini birəbeş artıracaq”- deyə, V. Əsədov bildirib.
V. Əsədov eyni zamanda sürücüləri xəbərdar etdi ki, yol hərəkət qaydalarına riayət etməyə,  süni tıxacların yaranmasına səbəb olmamaq üçün parklama əməliyyatını düzgün həyata keçirməyi, sürət həddinə riayət etməyi tövsiyyə edib. O deyib ki, əks təqdirdə həmin sürücülər məsuliyyətə cəlb ediləcək. 
V. Əsədov onu da əlavə edib ki, Yeni dərs ilinin başlanması ilə əlaqədar Baş Dövlət Yol Polisi sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində «Diqqət, uşaqlar!» adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.
Mürtəza
Gununsesi.info