Yollarda yol polisin sayı çoxaldılır

  • By admin
  • 06 Sentyabr 2016 15:10
Yol Polisii
Yol polisi Qurban Bayaramı və yeni dərs ili ərəfəsində təhlükəsizliyin təmin edilməsi məqsədi ilə gücləndirilmiş iş rejiminə keçəcək.
Bunun Gununsesi.info-ya açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik  Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, Qurban bayramı və yeni dərs iliərəfəsində   yollarda süni tıxacların qarşısını almaq və hərəkətin  axarlılığını təmin etmək, həmçinin yol-nəqliyyat hadisələrinin qarşısnalmaq məqsədi ilə yollarda  gücləndirilmiş iş rejimində çalışacaq. “Ümumiyyətlə ölkədə bayaram günlərinin. Dövlət əhəmiyyətli tədbirlər  keçirilib-keçirilməməsindən asılı olamayaraq  təhlükəsizliyin, yol-nəqliyyat hadisələrinin qarşısının alınması, asayişin sabitliyinin təmin edilməsi polisin ən ümdə vəzifəsidir. Ancaq bayram günləri, mötəbər tədbirlər keçirilən zaman polis asayişin, təhlükəsizliyin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin, süni tıxaclarn qarşısını almaq məqsədi ilə polis daha ciddi iş rejimində çalışaraq vətəndaşların rahatllığını təmin etməyə çalışır və istənilən xoşagəlməz halların qarşısnı almaq istiqamətində səylərini birəbeş artırır. Odur ki, polis Qurban bayramı və yeni dərs ili ilə əlaqədar  olaraq  yollarda tıxaclarn və yol-nəqliyyat hadisələrinin qarşısnı almaq, vətəndaşların daha rahat və tez mənzilbaşına çatması üçün  fəaliyyətini dah da güclənidrəcək. Bu məqsədlə Qurban bayramında  qurbanlıqların satıldığı və kəsildiyi ərazilərdə süni tıxacların aardan qaldırılması, rpaytaxtn giriş-çıxışında nəqliyyatın hərəkətinə nəzarət edəcək”- deyə, V. Əsədov bildirib.
V. Əsədov eyni zamanda sürücüləri xəbərdar etdi ki, bayram günlərində mümkün qədər öz şəxsi nəqliyat vasitələrindən az istifadə etməməyi və yaxud istifadə etdiyi təqdirdə yol hərəkət qaydalarına riayət etməyi, xoşagəlməz hallardan qaçmaq üçün sürət həddini aşmamaı  tövsiyyə edib.
Mürtəza 
Gununsesi.info