Pərpətöyün deyib keçməyin - CAN DƏRMANI

  • By admin
  • 06 Sentyabr 2016 15:02

perpetoyun

Pərpətöyün bitkisini faydasız alaq otu hesab edənlər, yolub kənara atanlar da var, faydasını bilib bazarda məxsusi axtaranlar da.  Pərpətöyün bitkisini bilən dünyanın ən məşhur insanlarının menüsündə mütləq bu bitkidən hazırlanmış müxtəlif salatlat, turşular və yemək növləri var.

Gununsesi.info xüsusən də qadınlarımızın sağlamlığı üçün pərpətöyünün faydasını nəzər alıb bu haqda bilgiləri oxucularaın diqqətinə çatdırır.

Mətbəxdə tətbiqi

Qida vasitəsi kimi gənc zoğlarından və yarpaqlarından istifadə olunur.  Pərpətöyündən salatlar, buterbodlar, isti və soyuq yeməklər hazırlaya bilərsiniz.  Pərpətöyün mülayim yandırıcı və turşməzə dada malikdir. Daha yetkin köklərini marinə edirlər. Dovğaya, qayğanağa və digər tərəvəz salatlarına əlavə edildikdə gözəl dad verir.

Müalicəvi xüsusiyyətləri

Pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülallar, qlaktoza, turşular, kalsium duzu, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Müasir tibbdə pərpətöyündən qara ciyər xəstəliklərində (iltihabında), ödlə bağlı olan qusmalar zamanı istifadə edirlər. Dərman vasitəsi kimi təzə otları və toxumları faydalıdır. Pərpətöyünün tərkibində hormonabənzər maddə – noradrenalin var ki, bu maddə mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır. Yarpaqlarından zəhərli ilan və həşəratların dişləməsi zamanı antioksid maddə, qaraciyər və böyrək xəstəliklərində isə sidikqovucu kimi istifadə olunur. Pərpətöyünün cövhəri ilə ağız yaxalamaq damaq iltihabına səmərəlidir. Bir çox ölkələrdə pərpətöyündən parazit əleyhinə vasitə kimi istifadə edirlər. Pərpətöyünün ən mühüm xüsusiyyətlərindən biri də salmonella və dizenteriya törədici mikroblara qarşı antibakterial təsiridir.

İrinli yaraların müalicəsində təmiz yuyulmuş pərpərəni kompres şəklində yaranın üzərinə qoymaq lazımdır. Onun bu xüsusiyyəti tibb məntəqələrindən uzaqda olan turistlər üçün xüsusilə qiymətlidir.

Pərpətöyündən gözəllik üçün də istifadə olunur. Ondan hazırlanan maska dərini cavanlaşdırır, qırışların daha az nəzərə çarpmasını təmin edir.

perpe

Gülnaz Qənbərli

Gununsesi.info