“Yoluxma belə davam edərsə…” - ƏHALİYƏ XƏBƏRDARLIQ

  • By admin
  • 20 Yanvar 2022 19:43

Son vaxtlar ölkə ərazisində koronavirusa yoluxanların sayında artım var. Bu gün 1151 nəfər virusa yoluxub, 9 nəfər vəfat edib.

Gununsesi.info xəbər verir ki, Baş infeksionist Təyyar Eyvazov “Xəzər Xəbər”ə bunun səbəblərini açıqlayıb.

O bildirib ki, bunun əsas səbəb artıq Avropanın bir hissəsində yayılan və hazırda ölkəmizdə olan “Omicron” ştammının mövcudluğudur.

Baş infeksonist COVID-19-a yoluxma sayının artmasının kütləvi immunitet yaratması ilə bağlı məsələyə aydınlıq gətirib. Bildirib ki, xəstəliyə yoluxub sağalanlarda təbii immunitet formalaşır.

“Koronavirusa yoluxma belə dinamika ilə davam edərsə, bununla bağlı müvafiq addımlar atıla bilər” ,- deyə Təyyar Eyvazov əlavə edib.

 

Gununsesi.info