Yük daşımalarında 1 faiz azalma, - Sərnişin daşınmalarında isə 2 faiz artım

  • By admin
  • 18 Oktyabr 2016 14:38

yuk1

Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələrvə fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-sentyabraylarında 164,4 milyon ton yük və 1406,1 milyon sərnişin daşınıb.

Gununsesi.info Dövlət Statistika Komitəsinə istinadən xəbər verirki,  2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yükdaşınması 0,9 faiz azalıb. Sərnişin daşınması isə 1,9 faiz artıb.

Xəbərə görə, yükdaşınmasında müşahidə olunan gerilik dəmiryolu, dəniz və borukəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. Yüklərin 63,8 faizi avtomobil, 27 faizi boru kəməri,6,7 faizi dəmiryolu, 2,4 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb. Sərnişinlərin 88,6 faizi avtomobil, 11,2 faizi metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.

VüsaləRüstəmova

Gununsesi.info