
Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində mal-qara oğurluğu ilə məşğul olan 5 nəfərdən ibarət cinayətkar dəstənin üzvləri zərərsizləşdirilib.
Gununsesi.info xəbər verir ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar rayon sakinləri Süleyman Muradov, Ramil Mirzəyev, Elgün Həsənov, Əlisa Mirzəyev və Salyan rayon sakini Vüqar Şahbazov saxlanılaraq istintaqa təqdim olunub. Araşdırmalar zamanı məlum olub ki, dəstə üzvləri qabaqcadan əlbir olan bir qrup şəxs halında 2016-cı ilin iyul-avqust ayları ərzində Biləsuvar rayon sakinləri Sərhəd Kazımova məxsus 3, Şücaət Sarıyeva məxsus 9, Süleyman Süleymanova məxsus 7 baş qoyunu, Mehdi Nağıyevə məxsus 12 və Elşən Baxşıyevə məxsus 7 baş iribuynuzlu mal-qaranı gizli yolla oğurlayaq zərərçəkən şəxslərə külli miqdarda maddi ziyan vurublar. Saxlanılan şəxslərin ətraflarında keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində dəstə üzvlərinin rayonun digər sakinlərinə məxsus ümumilikdə 64 baş xırda və iribuynuzlu heyvanı oğurladıqları məlum olub, onların törətdikləri 10 cinayət faktının üstü açılıb. Faktla bağlı Biləsuvar Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Gununsesi.info











