Nazir “Gələcək Qüvvələr Forumu 2016″da iştirak edəcək

  • By admin
  • 18 Oktyabr 2016 14:50

zakir hasanov

“Gələcək Qüvvələr Forumu 2016″da iştirak etmək üçün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasının müdafiə naziri cənab Martin Stropnitskinin dəvəti ilə Praqa şəhərinə səfərə gedib.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, forumda silahlı qüvvələrdəki ən son yeniliklər, müdafiə və təhlükəsizlik sahəsindəki elmi fəaliyyət və sənaye məsələləri nəzərdən keçiriləcək, həmçinin beynəlxalq sülhməramlı əməliyyatlarda əməkdaşlıq və digər fəaliyyətlər müzakirə ediləcək.

Tədbir çərçivəsində müdafiə naziri general-polkovnik Z.Həsənov Çexiya Respublikasının Müdafiə naziri M.Stropnitski ilə və bir sıra digər görüşlər keçirəcək.

Anar
Gununsesi.info