Yük maşını qatarla toqquşdu - Avtomobilin sürücüsü öldü

  • By admin
  • 07 Oktyabr 2016 10:40

qatar
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda “QAZ” markalı yük avtomobili dəmir yol keçidi ilə hərəkət edən yük qatarına çırpılması nəticəsində nəqliyyat qəzası baş verib.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və deformasiyaya uğramış avtomobildən sürücünün sıxılmış vəziyyətdə qalmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 06:32-də başa çatıb.

Anar

Gununsesi.info