Yükdaşımalar bahalaşıb - STATİSTİKA KOMİTƏSİ

  • By admin
  • 07 Oktyabr 2016 17:18

statistika1

Bu ilin yanvar-sentyabr aylarında 2015-ci ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 34,4% artıb.
Dövlət Statistika Komitəsindən Gununsesi.info-ya verilən məlumata görə, bu ilin sentyabr ayında isə avqust ayına nisbətən yükdaşıma qiymətləri 1,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 2,1 və 1,6%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və  hava nəqliyyatında 1,6%, dəniz nəqliyyatında 1,8%, avtomobil nəqliyyatında 0,6% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.

Gununsesi.info