Yüksək sürətlə hərəkətdə olan “Prado” QAZ-3110-a çırpıldı - VİDEO/YENİLƏNDİ

  • By admin
  • 16 Fevral 2023 11:55

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Xəzər rayonunun Buzovna qəsəbəsində baş yol-nəqliyyat hadisəsi ilə bağlı açıqlama verib.

İdarənin baş inspektoru, polis mayoru Araz Əsgərli Oxu.Az-a bildirib ki, hadisə zamanı bir nəfər xəsarət alıb:

“Həmin şəxs xəstəxanaya yerləşdirilib. Avtomobil yararsız hala düşüb. Qəzaya səbəb maşınlar arasında ara məsafənin gözlənilməməsi olub. Hadisə ilə bağlı Xəzər Rayon İdarəsində araşdırma aparılır”.

10:32

Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Belə ki, Xəzər rayonunun Buzovna qəsəbəsində yüksək sürətlə hərəkətdə olan “Toyota Prado” markalı avtomobilin sürücü idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsi QAZ-3110-a çırpılıb.

Ölən və ya xəsarət alanlarla bağlı məlumat yoxdur.

Hadisə yerindən görüntüləri təqdim edirik:

Gununsesi.info