Təhmasibi mübarizəni dayandırdı, Şəriəti isə bürünc medal uğrunda yarışacaq- YENİLƏNİB

  • Müəllif: admin
  • 15 Avqust 2016 23:08

rio

“Rio-2016” Yay Olimpiya Oyunlarında yunan-Roma güləşi üzrə yarışlarda Azərbaycan idmançıları təsəlliverici görüşə qatılmaq imkanı qazanıblar.

Gununsesi.info xəbər verir ki, ilk görüşdə Rusiya idmançısı Davit Çakvetadzeyə məğlub olan Saman Təhmasibi (85 kq), dörddəbir finalda türkiyəli Rza Kayalapa uduzan Sabah Şəriətinin rəqibləri finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşlərə qatılacaqlar.

S.Təhmasibi iranlı Comeh Habibullah Axlaqhi, S.Şəriəti isə Venesuela idmançısı Ervin Coz Karaballo Kabrera ilə qarşılaşacaqlar.

****

Qeyd edək ki, bir az öncə S. Təhmasibi təsəlliverici görüşdə iranlı Comeh Habibullah Axlaqhiyə məğlub olaraq olimpiadada mübarizəni dayandırıb.

S. Şəriəti isə Venesuela idmançısı Ervin Coz Karaballo Kabreraya qalib gəlib. Güləşçimiz bürünc medal uğrunda görüşdə Almaniya idmançısı Eduard Popp ilə qarşılaşacaq.

Gununsesi.info