
“Yuventus” klubu qapıçısı Neto ilə yollarını ayırır.
Gununsesi.info xəbər verir ki, braziliyalı qolkiper karyerasını “Valensiya”da davam etdirəcək. “Yuventus” Netonun satışından 7 milyon avro əldə edəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu son mövsüm “A” seriyasında 8 oyunda meydana çıxıb və qapısında 2 qol görüb.
Gununsesi.info