Zərər çəkmiş şəxslər üçün yardım mərkəzləri yaradılacaq

  • By admin
  • 27 Avqust 2019 13:11

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sifarişləri ilə hazırda Ağcabədi, Şəki və Şəmkir rayonlarında məişət zorakılığından zərər çəkmiş şəxslər üçün yardım mərkəzlərinin yaradılması işləri aparılır.

Gununsesi.org xəbər verir ki, ixtisaslaşmış qeyri-hökumət təşkilatları tərəfindən yaradılacaq bu mərkəzlərdə məişət zorakılığından zərər çəkmiş şəxslər reabilitasiya yönümlü sosial xidmətlərlə təmin ediləcəklər.

Onlara hüquqi, sosial və psixoloji yardımlar göstəriləcək, normal həyata davam etmələri üçün zəruri işlər aparılacaq. Həmçinin məişət zorakılığından zərər çəkmiş uşaqlara digər həmyaşıdları kimi təhsillərini davam etdirmələrinə, bacarıqlarının inkişafına dəstək göstəriləcək.

Gununsesi.org