Zəlzələ qurbanlarının sayı 32-yə çatdı

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 20:00

meksika_earthquake_080917

Meksika sahillərində baş vermiş güclü zəlzələ nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

Gununsesi.info Trend-ə istinadən xəbər verir ki, maqnitudası 8.4 olan yeraltı təkanlar zamanı qeydə alınan dağıntılar nəticəsində Oahaka ştatında 23, Çyapasda 7, Tabasko ştatında isə 2 nəfər həlak olub.

Bundan əvvəl 26 nəfərin öldüyü bildirilirdi.

Meksika Prezidenti Enrike Penya Nieto bu təbiət hadisəsini son 100 ilin ən güclü zəlzələsi adlandırıb.

Gununsesi.info