Zəngəzur dəhlizinin açılması… - Türkiyəli deputat

  • Müəllif: Orxan
  • 07 Dekabr 2024 12:56

Zəngəzur dəhlizinin açılması regionun inkişafına xidmət edəcək.

Gununsesi.info xəbər verir ki, bunu Cümhuriyyət Xalq Partiyasıının (CHP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının sədr müavini Murad Əmir Bakıda keçirilən “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransında deyib.

Onun sözlərinə görə, Orta Dəhlizin bir hissəsini təşkil edəcək Zəngəzur dəhlizi bir trilyon dollara yaxınlaşan fürsətlər vəd edir:

“Bu əməkdaşlıq, şübhəsiz, sadəcə iqtisadi əməkdaşlığın artmasına deyil, eyni zamanda bölgədə siyasi və mədəni əlaqələrin inkişafına da töhfə verəcək”.

Gununsesi.info