
Çeçenistan Respublikasının ilk prezidenti Əhməd- Hacı Kadırovun xatirəsinə həsr edilmiş Peşəkar Kikboksinq üzrə Beynəlxalq Turnir çərçivəsində görüş keçirilib.
Gununsesi.info xəbər verir ki, Zabit Səmədovla rumıniyalı Katalin Moraşanunun qarşı-qarşıya gəldiyi döyüş nakautla bitib. Döyüş başlayar başlamaz Zabit Səmədov təmiz qələbə ilə hər kəsi sevindirib. Görüşün ikinci dəqiqəsində Sabitin bir zərbəsi ilə yerə yıxılan Katalin bir daha qalxa bilməyib. Bununla da, azərbaycanlı K-1 döyüşçüsü dünya çempionu titulunu qazanıb.
Görüşdə Zabiti yerli məhşurlar da canlı dəstəkləyib. Döyüşü izləyənlər arasında Azərbaycanın Rusiyadakı səfiri, xalq artisti Polad Bülbüloğlu və aparıcı Hacı Nuran da olub.
Gununsesi.info












