Zahid Oruca töhmət verilib

  • By admin
  • 28 İyun 2016 14:22

Zahid Oruj

 

Milli Məclisin İntizam Komissiyasının iclası keçirilib. Gununsesi.info xəbər verir ki,bu barədə azvision.az-a Komissiyanın sədri Ağacan Abıyev məlumat verib. O, bildirib ki, iclasda Milli Məclisin iyunun 24-də keçirilən son növbədənkənar sessiyasında deputat Zahid Orucla spiker Oqtay Əsədov arasında baş vermiş mübahisəyə baxılıb.

İclasda deputat Zahid Oruca töhmət verilib.

Qeyd edək ki, parlamentin iyunun 24-də keçirilən növbədənkənar sessiyasında spiker Oqtay Əsədovla deputat Zahid Oruc arasında mübahisə düşüb. Vergi Məcəlləsinə təklif edilən dəyişikliklə bağlı müzakirələrdə, millət vəkilinin çıxışı saxlanılıb, o isə buna etiraz edərək danışmaq istədiyini bildirib.

Spiker ona irad tutaraq deyib ki, Z.Oruc hər dəfə mövzudan kənar məsələlərə toxunur. Bundan sonra deputatla spiker arasında mübahisə düşüb.

Gununsesi.info