Sabah Putin və Ərdoğan arasında telefon danışığı olacaq

  • By admin
  • 28 İyun 2016 14:16

tefon

 

Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında iyunun 29-da telefon danışığı olacaq. Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidməti rəhbəri Dmitriy Peskov məlumat yayıb.

Xəbərə görə, telefon danışığı Rusiya tərəfinin təşəbbüsu ilə keçiriləcək. Onun sözlərinə görə, Ərdoğan Putinə məktub ünvanlamaqla iki ölkə arasında münasibətlərin normallaşdırılması istiqamətində ciddi addım atmış oldu: “Düzdür iki ölkə arasında münasibətləri bir neçə günə həll etmək mümkün deyil”.

Xatırladaq ki, iki ölkə başçıları arasında telefon danışıqları sabah Türkiyə vaxtı ilə saat 12-00-da baş tutacaq.