Zakir Həsənov cəbhə boyu ərazilərdə təlimlərdə iştirak edir

  • By admin
  • 22 İyun 2016 11:29

telim

 

Bu gün Azərbaycan Silahlı Qüvvələrin cəbhə boyu ərazilərdə təlimlərin növbəti döyüş atışlı mərhələsi başlayıb. Bu haqda Gununsesi.info-ya Müdafiə nazirliyi mətbuat xidmətindən məlumat verilib. Təlimdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov şəxsən iştirak edir. Təlim başlanmazdan əvvəl nazir birlik, birləşmə, hərbi hissə və qərargah rəhbərləri ilə görüşüb. O, Təlimlərin təşkili vəziyyəti ilə maraqlanıb, göstərişlərini verib. Daha sonra təlimə start verilib Qeyd edək ki, 2016-cı il üçün hazırlıq planına uyğun olaraq iyunun 19-dan başlanan operativ-taktiki təlimlər iyunun 24-dək davam edəcək. Təlimlərdə 25 min nəfərədək şəxsi heyət, 300-də çox tank və zirehli döyüş maşını, 100-dən artıq raket və artilleriya qurğusu, 40-dək hərbi aviasiya və 30-dan çox hava hücumundan müdafiə sistemləri iştirak edir.

Gülnaz Qənbərli