
Çexiya Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov çexiyalı həmkarı Martin Stropnitski ilə görüşüb.
Müdafiə Nazirliyindən Gununsesi.info-ya verilən məlumata görə, görüşdə Azərbaycan ilə Çexiya arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi məsələləri, Dağlıq Qarabağ münaqişəsi, eləcə də regiondakı təhlükəsizlik məsələləri müzakirə olunub.
Anar
Gununsesi.info









