Zakir Həsənov Hulusi Akarla görüşdü - VİDEO / FOTOLAR

  • By admin
  • 01 Fevral 2022 18:11

Türkiyənin milli müdafiə naziri Hulusi Akar bu ölkədə səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovu Milli Müdafiə Nazirliyində qarşılayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Nazirlərin təkbətək görüşündən sonra iki ölkənin nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüşlər zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik məsələləri, eləcə də müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

 












Gununsesi.info