Zakir Hesenov cəbhəboyu zonada yeni yaşayış kompleksi istifadəyə verdi - FOTOLAR

  • By admin
  • 18 Sentyabr 2017 17:12

952e0746e770b295c7d45304593115e7

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhəboyu zonada yerləşən hərbi hissəsinin ərazisində yeni inşa edilmiş yaşayış kompleksinin açılışında iştirak edib, burada hərbi qulluqçular üçün yaradılmış şəraitlə tanış olub.

Müdafiə Nazirliyindən Gununsesi.info-ya bildirilib Kİ, nazirliyin rəhbərliyi həmçinin, ərazidəki əsgər yataqxanası, yeməkxana, sinif otaqları, mətbəx, ərzaq və əşya anbarları, qazanxana eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Sonra Müdafiə naziri hərbi hissənin silahlanmasındakı döyüş texnikasına baxış keçirib və komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

ee4b732f979e574168483918f572af03 b9f785d9e23c7d523de0359a499c7bcf ac2415055fcc73e704291a9ee2124532 345fbe12f0da35a072d965e90d39155e 046cae28e0f2b11a4480c0920bde14b5 4debf9017ffbcc88cad920e89f48ac03 2a2c32d063df0b76c42c76f7e6dcef38

Gununsesi.info