Zakir Qaralovun həbsdəki adamı azadlığa çıxdı

  • By admin
  • 21 Fevral 2022 15:31

Bu günlərdə vergi cnayətində ittiham olunaraq həbs edilən Ağstafa Aqrar Sənaye Kompleksinin Müşahidə Şurasının sədri Rəsul Orucov barəsindəki məhkəmə hökmü dəyişdirilib.

Gununsesi.info-nun xəbərinə görə, Rəsul Orucov dövlətə olan vergi borcundan bir hissəsini qaytardığı üçün məhkəmə onun barəsindəki həbs-qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edib.

Qeyd edək ki, Rəsul Orucov sabiq baş prokuror Zakir Qaralovun biznes idarəçiliyini həyata keçirib. Qaralovun baş prokuror olduğu dövr ərzində Rəsul Orucov çoxsaylı qanunsuz əməlləri ilə tanınmağa başlayıb. O, Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunur.

Qeyd edək ki, Ağstafa Aqrar Sənaye Kompleksi MMC-nin təsisçisi Qaralov Raul Zakir oğludur. Rəsul Orucov eyni zamanda Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun “təmsilçisi” kimi tanınırdı.

 

Günay

Gununsesi.info