Zaqatalada ailə faciəsi: qəzada ailənin 1 üzvü öldü, 6-sı yaralandı - ÖZƏL (FOTOLAR)

  • By admin
  • 10 İyun 2016 12:24

Zagatala crashsh

 

Zaqatalada yol qəzası baş verib. Gununsesi.info xəbər verir ki, hadisə Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Qazangül qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayon sakini Mayis Sadiqovun idarə etdiyi  “Mercedes” markalı, 10 UE 011 dövlət nömrə nişanlı minik avtomobili ilə Şəki istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zaqatala rayon Qımır kənd sakini 25 yaşlı İntiqam Bəkirovun idarə etdiyi VAZ-21 06” markalı, 62 BX 076 dövlət nömrə nişanlı  avtomobillə  toqquşub.

Qəzadan sonra “Vaz”da olan sərnişin Zaqatala rayon Qazangül qəsəbə sakini 83 yaşlı Pərixan Hacıyeva aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü İntiqam Bəkirov, onun sərnişinləri Qazangül qəsəbə sakinləri 40 yaşlı Sevil  Hacıyeva, 20 yaşlı Zöhrə  Hacıyeva, 13 yaşlı Abdurrahman  Hacıyev, “Mercedes”də olan sərnişinlər Şəki rayon sakinləri 52 yaşlı Mədinə  Mustafayeva və 23 yaşlı Gülnar  Sadiqova aldıqları müxtəlif bədən xəsarətləri ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparılıblar.

 

Qeyd edək ki, Vaz 2106 markalı avtomobildə ölən və yaralananlar bir ailənin üzvləridir. Faktla bağlı araşdırma aprılır.

Gununsesi.info

Zagatala crasha

 

Zagatala crash 1]

 

Zagatala crash

 

Zagatala crash s

 

Zagatala crashd