Tovuz rayon sakini Aslan İsmayılov “Moskviç-401” modelini keçmişdən gələcəyə gətirə bilib. Gununsesi.info-nun məlumatına görə, unikal retro avtomobil işlək vəziyyətdədir. Görənlərin diqqətini çəkən avtomobil digər modellərdən mühərrikin gücünə görə fərqlənir. 1954-cü il istehsalı olan avtomob1954-cü ilin buraxılışı belə saz vəziyyətdə qala bilər? Bəli, Aslan İsmayılov “Moskviç-401” modelini keçmişdən gələcəyə gətirə bilib, özü də işlək vəziyyətdə. Görənlərin diqqətini çəkən avtomobil digər modellərdən mühərrikin gücünə görə fərqlənir. Aslan ismayılov bildirib ki, “VAZ” markalı maşınların gedə bilmədiyi yolları “Moskviç-401″lə rahat qət edə bilir. Onun sözlərinə görə, sevimli avtomobilinin sükanını heç kimə etibar etmir. Qeyd edək ki, bu yığcam, yanacağı qənaətlə işlədən avtomobil yalnız 1955-ci ilə qədər istehsal edilib. İndi “Moskviç-401″in belə saz vəziyyətdə olan nümunəsinə nadir hallarda rast gəlmək olar.
Gülnaz Qənbərli