
Müğənni Sevda Yahyayeva “5/5” verilişinin qonağı olub.
Gununsesi.info xəbər verir ki, aparıcı Zaur Kamal ifaçını İnstaqramda canlı yayıma tez-tez girdiyi üçün qınayıb:
“Gecənin bir aləmində nə vaxt baxıram canlı yayımdasan. Nə ləzzət alırsınız İnsatqramdan? İnsan əlçatmaz olmalıdır, səni görməsələr yaxşıdır. Girməyin, adam ucuzlaşır, adiləşir. Səni evdə bəzəksiz görürlər. Evinin “oboy”u da cırıqdır, camaatda baxır. Anan yandan çıxıb nəsə deyir. Nəyə lazımdır bunlar?”.
S.Yahyayeva isə aparıcının sözlərinə etiraz edib. O bildirib ki, izləyiciləri ilə ünsiyyətdə olmağı xoşlayır:
“İnsan sadə olmalıdır. 700 minə qədər insan məni izləyir. Girirəm ünsiyyətdə oluram, sualları cavablandırıram. Evim isə təmirdədir”.
Gununsesi.info












