
Bakının Xətai rayonu ərazisində azərbaycanlı idmançı Reyhan Məmmədovanın ölümündə təqsirləndirilən sürücü saxlanılıb.
Gununsesi.info-nun məlumatına görə, hadisəni törədən sürücü, 1962-ci ildə Masallı rayonunda anadan olmuş Məmmədov Əlifağa Abdul oğlu şübhəli şəxs qismində tutulub.
Faktla bağlı Xətai rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma,ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanılıb.
Xatırladaq ki, iyunun 28-də axşam saatlarında Xətai rayonu Zığ şosesində – SOCAR yanacaqdoldurma məntəqəsinin qarşısında Əlifağa Məmmədov idarə etdiyi “BMW” markalı, 90 XU 928 dövlət nömrə nişanlı maşınla yolu keçən 1995-ci il təvəllüdlü R.Məmmədovanı vurub. O, aldığı xəsarətdən hadisə yerində ölüb.
R.Məmmədova dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion olub.
Gununsesi.info








