Zaxarova erməni yalanını İFŞA ETDİ: "O biri günə qədər vaxt verəcəyik"

  • By admin
  • 09 Dekabr 2021 20:09

Ermənistanın “Hraparak” qəzetinin Rusiyanın İrəvandakı səfir Sergey Kopırkinin qeyri-qənaətbəxş iş fonunda Moskvaya geri çağırılmasına hazırlaşdığı barədə xəbəri dezinformasiyadır. Rusiya tərəfi təkzib gözləyir.

Gununsesi.info TASS-a nistinadla xəbər verir ki, bunu keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova deyib.

“Biz onlara sabahdan o biri günə qədər vaxt verəcəyik. Ola bilsin ki, onlar artıq bu gün çap üçün buraxılışı veriblər, amma sabah o biri gün təkzib dərc etməlidirlər, çünki saxta məlumat çap ediblər. Doğru deyil, bu dezinformasiyadır”, – XİN sözçüsü deyib.

Zaxarovanın sözlərinə görə, Rusiya səfiri respublikada fəaliyyətini davam etdirir və ölkə rəhbərliyinin bu istiqamətdə qarşıya qoyduğu tapşırıqları yerinə yetirir.

Gununsesi.info