Zaxarovadan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

  • By admin
  • 28 Oktyabr 2021 19:29

Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı bütün məsələlər, o cümlədən Zəngəzur dəhlizi ətrafındakı mübahisələrin həlli üçün ən yaxşı format Azərbaycan, Ermənistan və Rusiya baş nazirinin müavinlərinin iştirakı ilə yaradılan üçtərəfli işçi qrupudur.

Gununsesi.info xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Regionda nəqliyyat – kommunikasyaların açılması məsələlərinin işlənməsi üçün ən optimal format Azərbaycan, Ermənistan və Rusiya baş nazir müavinlərinin sədrliyi ilə 11 yanvarda yaradılan üçtərəfli işçi qrupudur. Artıq bu mexanizmin səkkiz iclası keçirilib. Bütün tərəflər qrupun fəaliyyətini yüksək qiymətləndirir”, – deyə Zaxarova bildirib.

Gununsesi.info