
Ədviyyatların sağlamlığa faydaları barədə əvvəllər məlumat vermişdik. Bəzi ədviyyatlar vardır ki, onlar insanın zehnini açır, qan dövranını sürətləndirir.
Gununsesi.info zehni aydınlaşdıran ədviyyatları oxucularına təqdim edir.
Zəfəran

Zəfəran bitkisi istehlak edildikdə depressiyayla mübarizə aparıb, eyni zamanda öyrənmə və yaddaş qabiliyyətlərini də inkişaf etdirir. “Journal of Ethnopharmacology” jurnalında dərc olunan bir araşdırmaya görə zəfəran kiçik və orta dərəcəli depressiyanı müalicə etməkdə uğurlu nəticələr verir.
Sarıkök

Sarıkökə sarı rəngini verən kur-kumin adlı maddə, aktioksidant xüsusiyyət göstərən bir fermenti ehtiva edir. Bu ferment də ərpin əmələ gəlməsini əngəlləyir.
Adaçayı

Adaçayında olan maddələr Alzheimer müalicəsində istifadə edilən dərmanların tərkibləri böyük bənzərlik göstərir. “Pharmacological Biochemical Behavior” jurnalında dərc olunan bir məqaləyə görə yalnız 50 mikro litrə qədər adaçayı yağı yaddaşı əhəmiyyətli dərəcədə inkişaf etdirir.
Darçın

Darçın qoxusu da zehni açır. Hətta darçın tərkibli saqqız da yaddaşı, diqqəti və fikrin toplanmasını inkişaf etdirir. Şəkər səviyyəsini tənzimləyir, qan və limfa xərçəngi hüceyrələrinin çoxalmasının qarşısını alır, trombositlərin laxtalanmasına mane olur, antibakterial xassə göstərərək infeksiyaların qarşısını alır.
Gununsesi.info











