Zelenski: “İşğalçılar mərkəzi tutub Donetskdəki kimi “marionetlər” qoymaq istəyirdi” - "Rusiyanın planını pozduq”

  • By admin
  • 26 Fevral 2022 16:33

“İşğalçılar ölkənin mərkəzini bağlayıb Donetskdəki kimi bura da “marionetlər” qoymaq istəyirdi. Biz onların planını pozduq, heç bir üstünlük əldə etmədilər”.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib. “Düşmən hücumlarını uğurla dəf edirik. Ukraynanın bir çox şəhər və rayonlarında döyüşlər davam edir. Kiyev və ətrafındakı mühüm şəhərlər ordumuzun nəzarəti altındadır. Kiyev uğrunda əsl döyüş getdi. Düşmən bizə qarşı hər şeydən istifadə etdi – hava hücumu, diversantlar, desantlar. İşğalçılar yaşayış məntəqələrini vururlar, onların taktikası çox çirkindir”, – Zelenski bildirib.