
Bu gün “Fərat qalxan” adlı əməliyyata rəhbərlik edən Xüsusi Qüvvələr Komandanı general-polkovnik Zekai Aksakallı Cerablusa gedib.
Gununsesi.info xəbər verir ki, Zekai Aksakallı ilk olaraq Cerablusda Suriya müxalif qüvvələrinin əsgərləri ilə görüşərək onları iştirakı ilə toplantı keçirib.
Hazırda əməliyyata Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Hulusi Akar, Türkiyə Silahlı Qüvvələri Birinci Ordu Komandanı, orgeneral Ümid Dündar və general-polkovnik İsmayıl Mətn və Zekai Aksakallı rəhbərlik edir.
Qeyd edək ki, Zekai Aksakallı müntəzəm olaraq əməliyyatın gedişatı ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana və Baş nazir Binalı Yıldırıma məlumat verir.
Anar
Gununsesi.info