Zelenski: Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur

  • Müəllif: Günel
  • 13 May 2025 20:35

“Rusiya Prezidenti Vladimir Putin mənimlə birbaşa danışıqlar aparmaqdan qorxur”.

Gununsesi.info UNIAN agentliyinə istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski brifinq zamanı deyib.

Ukrayna lideri xatırladıb ki, martın 11-də rəsmi Kiyev ABŞ-nin Səudiyyə Ərəbistanında keçirilmiş görüşdə qeyd-şərtsiz atəşkəslə bağlı təklifini tam dəstəkləyib:

“Bu təklif artıq 63 gündür ki, danışıqlar platformasında qüvvədə qalır. Mən bunu Prezident Trampa dəfələrlə demişəm. Hesab edirəm ki, Putin müharibənin başa çatmasını, atəşkəsi, hər hansı bir danışıqları istəmir”.

Gununsesi.info