Zelenski: Donbasda gündə 50-100 insan ölürsə…

  • By admin
  • 22 May 2022 19:59

Ölkənin şərqində gündə 50-100 insan ölürsə, bu zaman kişilər xaricə getməməlidir.

Gununsesi.info xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski kişilərin Ukraynadan çıxmasına icazə üçün yaradılan petisiya barədə sualı cavablandırarkən deyib.

“Mən bilmirəm, bu petisiya ilə bağlı kimə müraciət edilməlidir. Ola bilsin mənə, yaxud vətən uğrunda övladlarını itirmiş valideynlərə… Şərq istiqamətində, ən çətin istiqamətdə gün ərzində 50-100 insan həyatını itirir. Onlar bizim dövlətimizi, müstəqilliyimizi qoruyur. Ona görə də kişilərin ölkədən çıxmasına icazə verilməsi ilə bağlı mənə ünvanlanan petisiya əslində mənə ünvanlanan müraciət deyil”, – deyə dövlət başçısı bildirib.

Gununsesi.info