Zelenski Şarl Mişellə danışıb

  • By admin
  • 13 Fevral 2022 15:23

Ukrayna Prezidenti Vladimir Zelenski ilə Avropa Şurasının rəhbəri Şarl Mişel arasında telefon söhbəti olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna lideri instaqram səhifəsində bildirib.

Söhbət zamanı Berlində “Normandiya dördlüyü” liderlərinin müşavirlərinin son danışıqları və mümkün sanksiyaların tətbiqi müzakirə edilib.

Xatırladaq ki, bu həftə Berlində “Normandiya dördlüyü”nün (Rusiya, Ukrayna, Fransa, Almaniya) siyasi məsləhətçiləri arasında Ukrayna nizamlanması üzrə danışıqlar aparılıb.

Almaniya Nazirlər Kabinetinin nümayəndəsi bildirib ki, Normandiya formatında siyasi müşavirlərin növbəti görüşü mart ayına planlaşdırılıb.

 

 

Gununsesi.info