Zibil toplama məntəqəsində yanğın!- 9 NƏFƏR ÖLÜB

  • By admin
  • 17 Fevral 2018 10:11

Çinin cənubundakı Quandun əyalətində yerləşən zibil toplama və istismar məntəqəsində güclü yanğın baş verib. İlkin məlumatlara görə, 9 nəfər ölüb.
Gununsesi.info “Report” a istinadən xəbər verir ki, hadisə fevralın 17-də Sinyuan şəhərində qeydə alınıb.
Yanğın zamanı daha bir nəfər xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları yanğının səbəblərini araşdırırlar. Polis artıq ilk şübhəlilərin tutulduğunu bildirib.

Gununsesi.info