Ziya Bünyadov prospektində ağır qəza – ÖLƏN VAR

  • By admin
  • 21 İyun 2021 16:07

İyunun 20-də saat 16 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində ağır yol qəzası baş verib.

Gununsesi.info xəbər verir ki, Bakı şəhər sakini S.Camalxanlı idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Elşad Suvarovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.