Ziya Məmmədovun müavinləri nəyi müzakirə etdi? - MUSA PƏNAHOVLA ARİF ƏSGƏROV İŞƏ ÇIXSA DA...

  • By admin
  • 14 Fevral 2017 10:24

musa

Azərbaycan Prezidentinin sərəncamı ilə Nəqliyyat Nazirliyinin ləğv olunması təkcə nazir Ziya Məmmədovun karyerasina son qoymadı. Azərbaycanlı ən varlı nazir müavinlərindən olan nəqliyyat nazirinin müavinləri Musa Pənahov və Arif  Əsgərovun sonunun necə olacağı da sual altındadır.

Gununsesi.info-nun ləğv olunmuş Nəqliyyat Nazirliyindəki  mənbəyə istinadən verdiyi məlumata görə, hər iki nazir müavini bu səhər saatlarında iş yerlərinə gəliblər. Olduqca üzüntülü görünən Musa Pənahovla Arif Əsgərov bir neçə dəqiqə nazirliyin həyətində gəzişiblər.  Hər iki şəxsi pəncərədn seyr edənlər onların məyusluqlarını açıq şəkildə görə biliblıər. Təxminən 30 dəqiqə söhbətləşən hər iki oliqarx iş otaqlarına keçiblər.

arif