Əhməd Vəliyevin bankında görünməmiş olay - "MuğanBank" uşaqla müqavilə bağlayıb

  • By admin
  • 26 Aprel 2017 11:26

ehmed-mugan

“MuğanBank” ASC 2014-cü il tarixdə yetkinlik yaşına çatmayan Göygöl rayon sakini Xudiyev Tural Əhliyyət oğlu ilə valideyinlərinin razılığı olmadan zaminlik müqaviləsi bağlayıb.

Bu barədə Gununsesi.info-ya  Tural Xudiyevin vəkili Əziz Qənbərov məlumat verib.

Vəkil bankın bu addımının qanunsuz olmasıyla yanaşı həm də bir ilk olduğunu deyib.

eziz

Vəkilin sözlərinə görə, Mülki Məcəllənin tələblərinə əsasən bu cür müqavilələr (maddə 30) yalnız valideyinlərin yazılı razılığı ilə bağlanıla bilərdi:

“Ancaq həmin razılıq isə olmamışdı. Bu məsələ ilə bağlı hüquqi addımlar atacağıq”.

Qeyd edək ki,  Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin ailə biznesinə daxil olan “Muganbank”ın adı bir çox qalmaqallarda, xüsusilə, sabiq MTN rəhbəri Eldar Mahmudovun çirkli pullarının yuyulmasında çəkilib.

Gununsesi.info