18 yaşlı oğlanı bıçaqladılar – QIZ ÜSTÜNDƏ

  • By admin
  • 26 Aprel 2017 11:32

intihar bicaq

Bakının Yasamal rayonunun Z.Kərimov küçəsində da bıçaqlanma baş verib.

Gununsesi.info-nun xəbərinə görə,  1999-cü il təvəllüdlü Elvin Xaliqzadə həmin ünvanda naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Vaxtında tibbi yardın göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Hazırda həkim nəzarəti altında saxlanılan Elvin Xaliqzadənin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin ehtimala görə, Elvin Xaliqzadə qız üstündə bıçaqlanıb.

Onu bıçaqlayan şəxsin müəyyən edilərək tutulması üçün əməliyyat tədbirləri görülür.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

 Gülnaz Qənbərli
Gununsesi.info