Əli Əliyev də prezident olmaq istəyir

  • By admin
  • 21 Fevral 2018 15:32
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri, 11 aprel növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülmüş Əli Əliyevin sənədləri Mərkəzi Seçki Komissiyasına (MSK) təqdim edilib.
Bu barədə Gununsesi.info-ya partiyadan məlumat verilib.
VİP sədrinin müavini və bu seçkilərdə partiyanın səlahiyyətli nümayəndəsi təyin edilmiş Ramil Hüseynovun təqdim etdiyi sənədlər MSK-nın əməkdaşları tərəfindən yoxlanılaraq, qəbul olunub.
Seçki qanunvericiliyinə əsasən, MSK Əli Əliyevin namizədliyinin irəli sürülməsinə dair qərarı 5 gün ərzində qəbul etməlidir.
Qeyd edək ki, VİP sədri Əli Əliyevin prezidentliyə namizədliyi partiya Məclisinin bu il fevralın 18-də keçirilmiş iclasında irəli sürülüb.
Mürtəza
Gununsesi.info