Azərbaycanda ilk Çin həftəsi

  • By admin
  • 08 Dekabr 2017 11:16

Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə 04-07 dekabr 2017-ci il tarixində Azərbaycanda ilk dəfə Xəzər Universitetində I Çin həftəsi keçirilib.

Bu barədə Gununsesi.info-ya universitetdən məlumat verilib.

Bildirilib ki, tədbir Xəzər Universitetinin Kitabxana İnformasiya Mərkəzi ilə Çin Respublikasının Hanban təşkilatı arasında ikitərəfli müqavilə “Çin Guşəsi” layihəsi çərçivəsində təşkil olunub. Layihənin əsas məqsədi Çin mədəniyyətini, ədəbiyyatını, dilini, coğrafiyasını təbliğ etmək, Çin dilində tədris alan tələbələrə dəstək olmaqdır.

“Xəzər Universitetində I Çin həftəsi”-nin əsas məqsədi ənənəvi Çin incəsənətini və mədəniyyətini kəşf etmək , xəttatlıq sənətini, ənənəvi Çin mətbəxini, ənənəvi Çin oyunlarını geniş şəkildə nümayiş etdirmək idi.

Tədbirdə Xəzər Universitetinin müəllim və tələbə heyəti, BDU nəzdində Konfutsi İnstitutunun dekanı Luo Xiaozhi,  Xəzər Universitetində Beynəlxalq Çin dili və ədəbiyyatı müəllimi Li Ya , Çin mətbəxi təqdimatında Liu Lili, Çin döyüş sənəti olan  Tai-chini təqdim edən professor Gaojunxia və Konfutsi İnstitutunun əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılandı və yüksək qiymətləndirilib. Gələcəkdə bu kimi Çin mədəniyyəti və folklor sənəti ilə bağlı müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılıb.

Tədbirin sonunda bütün iştirakçılar Xəzər Universitetinin təşkil etdiyi hədiyyələrlə mükafatlandırılıb.

Gununsesi.info