Azərbaycan ilə Avropa arasında hərbi əməkdaşlıq güclənir

  • By admin
  • 25 Oktyabr 2016 15:07

nacmaddin

Almaniya Federativ Respublikasının Vizbaden şəhərində “Varşava sammiti və sonrakı dövr” mövzusunda Avropa orduları komandanlarının konfransı keçirilir.
Gununsesi.info Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Azərbaycanı bu konfransda Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov təmsil edir.
NATO-nın üzvü və tərəfdaşı olan bir sıra ölkələrin Silahlı Qüvvələrinin Baş Qərargah rəislərinin, eləcə də Alyans hərbi strukturlarının rəhbərlərinin iştirak etdiyi tədbirdə Avropadakı sabitliyə və təhlükəsizliyə olan təhdidlərin aradan qaldırılması üçün Silahlı Qüvvələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, uyarlılıq səviyyəsinin artırılması, informasiya mübadiləsi, təhlükəsizliyin təmin edilməsi üzrə yeni yanaşmalar və digər mövzulara dair məruzələr dinlənilirək müzakirələr aparılır.

Anar

Gununsesi.info