Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası məsafədən idarə olunan pilotsuz uçan aparatların dövriyyəsinə icazənin verilməsi üçün müraciətin və sənədlərin qəbulunu elektron formada həyata keçirəcək.

Gununsesi.info “Trend”ə istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabineti “Elektron xidmət növlərinin Siyahısı”na müvafiq dəyişiklik edib.

Qeyd edək ki, bununla yanaşı, Dövlət Mülki Aviasiya Administrasiyasının Azərbaycandan və ya Azərbaycana uçuşların yerinə yetirilməsi üçün icazələrin verilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu ilə bağlı elektron xidmət təqdim etmək səlahiyyəti ləğv olunub.

Gununsesi.info