Bakı Ali Neft Məktəbində “Neftçilər günü” qeyd edilib

  • By admin
  • 20 Sentyabr 2017 11:42

banm_200917

Bakı Ali Neft Məktəbində (BANM) 20 sentyabr – Azərbaycanın neft-qaz sənayesi işçilərinin peşə bayramı “Neftçilər günü”nə həsr olunmuş tədbir keçirilib.

Gununsesi.info-ya Bakı Ali Neft Məktəbindən verilən məlumata görə, Ali Məktəbin Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov 20 sentyabr – “Neftçilər günü”nün Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli fərmanı ilə təsis edildiyini diqqətə çatdırıb. O bildirib ki, “Əsrin müqaviləsi»nin imzalandığı 1994-cü il 20 sentyabr tarixindən 23 il keçir: “Bu müqavilə Ümummilli lider Heydər Əliyevin yaradıcısı olduğu Azərbaycanın energetika strategiyasının əsas tendensiyasını müəyyən edib və ölkəmizi dünyanın neft ixracatçılarından birinə çevirib. Azərbaycan prezident İlham Əliyev bu siyasətin layiqli davamçısı kimi neft sənayesinin inkişafı yeni mərhələnin əsasını qoymaqla neft tarixində yeni bir uğuru imza atıb”.

R.Hümbətov 14 sentyabr 2017-ci il tarixində “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənilməsində yeni dövr başlandığını bildirib. O, “Əsrin müqaviləsi” adlanan “Azəri-Çıraq-Günəşli” neft yataqları üzrə Hasilatın Pay Bölgüsü müqaviləsinin 2050-ci ilə qədər uğurla uzadılması bundan sonrakı mərhələdə Azərbaycanın neftlə bərabər, təbii qaynaqlarının işlənilməsinin davam etməsi üçün çox mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra BANM-in İngilis dili və humanitar fənlər mərkəzinin dosenti Ələmdar Şahverdiyev “Azərbaycan neftini qələbəyə aparan tarixi yol” adlı məruzə ilə çıxış edib.

Tədbirin sonunda “Əsrin müqaviləsi”nin imzalanmasının tarixi əhəmiyyətinə həsr olunmuş sənədli film nümayiş etdirilib.

Gununsesi.info