Bakıda 16 avtobusun hərəkəti dəyişdirilir

  • By admin
  • 23 Fevral 2018 16:26

Xətai rayonu Məhəmməd Hadi küçəsinin Sarayevo küçəsi ilə kəsişməsindən Babək prospektinədək olan hissəsindən keçən 11, 12, 21, 35, 36, 40, 42, 44, 46, 51, 57, 60, 70, 81, 132 və 183 nömrəli müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bu barədə Gununsesi.info Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

“Fevralın 24-dən qeyd edilən marşrut xətləri üzrə avtobuslar yenilənmiş sxem üzrə hərəkət edəcək. Dəyişiklik edilməsinə səbəb ərazidə təmir işlərinin aparılmasıdır”, – deyə məlumatda qeyd olunub.

Gununsesi.info