Binəqədidəki hərbi hissəyə göz dikən kimdir? -MÜDAFİƏ NAZİRLİYİNİN MÜRACİƏTİNƏ NİYƏ BAXILMIR

  • By admin
  • 15 Fevral 2018 10:48
Binəqədi rayonu, Binəqədi qəsəbəsində 1-ci mədən adlanan ərazidə  N saylı hərbi hissəyə bitişik ticarət iaşə obyektlərinin tikintisi hərbi hissə rəhbərliyini ciddi narahat edir.
Bununla bağlı hərbi hissə rəhbərliyi müvafiq dövlət qurumlarına müraciət edərək tikintinin qanunsuz olduğu bardə müraciətlər etməyinə baxmarayaq, hamısı  nəticəsiz qalıb.
 Bu barədə Gununsesi.info-ya adıçəkilən hərbi hissədən məlumat verilib.
Qadağan olunmuş ərzidə tikintisi ilə dəfələrlə müvafiq qurumlara müraciət olunsa da, bunun qarşısını almaq mümkün olmayıb. Bildirilib ki, məslə ilə bağlı hətta  Binəqədi RİH  başçısı Xaləddin İsgəndərova da müraciət olunub. İskəndərov isə  bildirib ki, ərazidə tikinti ilə bağlı icazəni o deyil, Bakı Şəhər İcra Hakimiyyəti verdiyindən  prosesə müdaxilə edə bilməz. Maraqlısı budur ki, məsələ ilə bağlı hətta Müdafiə Nazirliyi adından  edilən müraciətlər belə nəticəsiz qalıb.
 
Hərbi  hissədən bildirilib ki, tikinti başa çatandan sonra  istənilən kənar şəxs hərbi hissənin ərazisini izləyə, fotosunu  və ya videosunu çəkib istənilən ünvana göndərə bilər. Bunlara görə narahatlıq keçirən hərbi hissə  rəhbərliyi tikintinin adı çəkilən hərbi hissənin divarlarına bitişik tikilməsinə qarşı çıxır.
 
Mürtəza
Gununsesi.info