Hava yağmursuz keçəcək, duman olacaq - PROQNOZ

  • By admin
  • 20 Oktyabr 2017 12:40

1505984094_yagish-yagacaq-duman

Oktyabrın 21-də Bakı və Abşeron yarımadasında havadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə zəif duman olacaq.

Şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

ETSN-dən Gununsesi.info-ya verilən məlumata görə, havanın temperaturunun gecə 11-15° isti, gündüz  18-22° isti, Bakıda gecə  13-15°, gündüz  19-21° isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 764 mm civə sütunundan 760 mm civə sütununa enəcək.

Nisbi rütubət   gecə 75-85 %, gündüz 45-50 %  olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 9-14°, gündüz 19-24° isti, dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.

Gununsesi.info