Jurnalist İntiqam Valehoğlunun evi qarət olundu - FOTOLAR

  • By admin
  • 08 Dekabr 2016 17:25

intiqam4

Paytaxtın Yasamal rayonunda ogurluq hadisəsi baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə “Qanlı göl” qəsəbəsində yerləşən və  jurnalist İntiqam Valehoğluna məxsus 2 otaqlı mənzlidə baş verib.

Xoşagəlməz hadisə ilə bağlı ilk xəbəri İntiqam qonşusundan aldığını deyir.

Jurnalistin  sözlərinə görə,  bir neçə gün evdə olmadığından mənzil boş qalıb. Bu isə  “qəhrəmanlar”  üçün əsl fürsət olub.

Zərərçəkən deyir ki, kreditlə götürdüyü televizorun geri qalan  4 aylıq borcunu ödəməyə çalışdığı bir vaxtda oğrular ona maddi ziyanla yanaşı, mənəvi ziyan da vurublar.

Jurnalistə təqribən 1500 manat dəyərində ziyan vurublar. Artıq məsələ ilə bağlı Yasamal rayon 28-ci Polis Bölməsinə məlumat verilib.

Bölmə əməkdaşaları və kriminal ekspertlər  mənzilə baxış keçirərək barmaq izləri götürüblər.

Cinayətkarın tutularaq istintaqa təhfil verilməsi istiqamətində əməliyyat- axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı cinayət işi başlanıb araşdırma aparılır.

intiqam2 intiqam1 intiqam

Gununsesi.info