Millət vəkili Gürcüstanda yaşayan soydaşlarımızın problemindən danışdı

  • By admin
  • 19 Yanvar 2017 17:47
1435306349_eflatun-anmashov
“Gürcüstanda yaşayan söydaşlarımızın problemləri əsasən məktəblər və kitabxanalarla bağlıdır”.
 Gununsesi.info xəbər verir ki, bunu Azərbaycan-Gürcüstan parlamentlərarası Dostluq Qrupunun sədri, millət vəkili Əflatun Amaşov deyib.
Onun sözlərinə görə, Gürcüstan parlamenti yeni formalaşdığından hələ ki orada belə bir qrup yaradılmayıb.
“Yaradılan kimi biz əlaqələri quracağıq. Ancaq buna baxmayaraq,  bir neçə dəfə Gürcüstanda olmuşam  və hər dəfə də  orada müəyyən rəsmilərlə görüşüməm. Gürcüstandakı soydaşlarımızım əsa problem təhsil, xüsusən də, məktəblərlə bağlıdır. Orada işləyən müəllimlərin əksəriyyəti yaşlı, 60-70 yaşında olan insanlardır. Bu problemin həllinə nail olmaq lazımdır”– deyə, o, vurğulayıb.
Millət vəkili onu da bildirib ki, Azərbaycanın Mədənəiyyət və Turizm Nazirliyinin dəstəyi ilə Gürcüstanda soydaşlarımızın kompakt yaşadığı yaşayış məntəqələrinin kitabxanalarına kitablar  göndəriləcək:
“Artıq kitablar hazırdır”.
İki ölkə arasında əlaqlərin inkişaf etdirilməsinə gəldikdə isə Ə. Amaşov bildirib ki, əldə edilən razılığa əsasən həm orada, həm də Azərbaycanda birgə toplantıların keçirilməsi nəzərdə tutulur:
“Bu toplantıların Azərbaycanda əsasən  Balakən, Qax, Gəncə şəhərlərində, eyni zamanda, Gürcüstanda da keçirilməsi planlaşdırılır”.
Mürtəza
Gununsesi.info